İqtisadiyyat

Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb

23 May 2026, 13:08 2 baxış
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda külək elektrik stansiyalarında 327.5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Oxu.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin müvafiq 4 ayı ilə müqayisədə 58.5 dəfə çoxdur. Hesabat dövründə Günəş elektrik stansiyalarında 121.8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 6% azdır. Bu ilin 4 ayında ölkədə 8 milyard 527.6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk eyni dövrü ilə müqayisədə 3% azdır. Bunun 8 milyard 273.6 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2.5% azdır. Bunun 920 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 13.5 % azalıb), 6 milyard 816.9 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 5.5 %), 87.4 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+17.7 %) istehsalının payına düşür.
Mənbə oxu.az

Oxşar Xəbərlər