Şou biznes
Kann Film Festivalında ən yaxşı it roluna görə mükafat verilib
Kann Film Festivalında ən yaxşı it roluna görə qeyri-rəsmi "Palm Dog" mükafatı təqdim olunub. Oxu.Az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb. Mükafatı Çilidən olan "La Perra" filmindəki Yuiri adlı it qazanıb. Filmin rejissoru Dominqa Sottomayordur. Film uzaq bir adada yaşayan qadının hekayəsindən bəhs edir. Hekayədə balaca it qadında illərdir basdırılmış analıq hisslərini yenidən oyadır. Məlumata görə, Yuiri filmə çəkilməzdən əvvəl sığınacaqda yaşayıb və çəkilişdən sonra ona yeni ailə tapılıb. "Palm Dog" mükafatının əvvəlki qalibləri arasında "Anatomy of a Fall" filmindən Messi adlı border-kolli və "Once Upon a Time in Hollywood" filmindən Brendi adlı it də var. Qeyd edək ki, Kann Film Festivalı bu il 12-23 may tarixlərində keçirilir. Festivalın əsas müsabiqəsində 22 film yer alır.
Mənbə
oxu.az