İqtisadiyyat

Hüseyn Hüseynov: "Rəqəmsal infrastruktur artıq ölkənin 95%-ni əhatə edir"

22 May 2026, 13:26 12 baxış
Hüseyn Hüseynov: "Rəqəmsal infrastruktur artıq ölkənin 95%-ni əhatə edir"
"Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) 83%-i hələ də yerinə yetirilməyib. SDG-lərin şəhərsalma planlaşdırmasına və siyasətinə inteqrasiyası artıq seçim deyil, zərurətdir". Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə bir alət kimi" adlı tədbirdə çıxışında deyib: "Azərbaycan bununla bağlı dörd Könüllü Milli İcmal təqdim edib, 50-dən çox dövlət proqramı və strategiyanı SDG hədəfləri ilə uyğunlaşdırıb, milli səviyyədə institusional koordinasiya mexanizmləri yaradıb". Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanın milli gündəliyi yaşıl artım, bərpa olunan enerji, enerji keçidi, iqlim dayanıqlılığı və ağıllı şəhər inkişafı üzərində qurulub: "Bərpa olunan enerjinin 2026-cı ilə qədər elektrik istehsalında payının 24%-ə çatması planlaşdırılır və rəqəmsal infrastruktur artıq ölkənin 95%-ni əhatə edir. Biz dayanıqlılığı əlavə bir komponent kimi deyil, uzunmüddətli iqtisadi strategiyanın əsas prinsipi kimi inteqrasiya edirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər