Digər

Türkiyədə oteldə silahlı insident: ölənlər var

21 May 2026, 11:03 5 baxış
Türkiyədə oteldə silahlı insident: ölənlər var

Türkiyənin Sakarya vilayətinin Xəndək rayonunda yerləşən oteldə silahlı insident baş verib.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Bildirilib ki, otel sahibi Cavid Yılmaz və yanındakı şəxs müştərilərlə naməlum səbəbdən mübahisə edib. Daha sonra mübahisə silahlı insidentə çevrilib.


Məlumata görə, Cavid Yılmaz və müştəri Ufuk Sezər dünyasını dəyişib. Yaralanan digər müştərinin isə vəziyyəti ağır olaraq qiymətləndirilir.


Hadisə ilə bağlı araşdırmalar aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər