Britaniyalı cütlük İranda 13 gündür aclıq aksiyası keçirir
Tehranın Evin həbsxanasında saxlanılan britaniyalı məhbus Kriq Formen və həyat yoldaşı Lindsi Formen 13 gündür aclıq aksiyası keçirirlər.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Cütlüyün görüşə icazə verilməməsinə, özlərinə qarşı tətbiq edilən məhdudiyyətlərə və ailələri ilə telefon əlaqəsi saxlamalarına qadağa qoyuluğuna etiraz olaraq aclıq aksiyası keçirdiyi bildirilib.
Məlumata görə, həbsxana rəhbərliyi Lindsi Formenə ailəsi ilə telefon əlaqəsi saxlamasına icazə veriləcəyi barədə vəd verdikdən sonra o, aksiyanı dayandırıb. Ancaq vəd yerinə yetirilmədiyi üçün bir gün sonra yenidən aclığa başlayıb.
Qeyd edək ki, motosikletlə dünya turuna çıxan Kriq və Lindsi Formen 2025-ci il dekabrın 30-da İranın Kirman əyalətindən keçdikləri vaxt saxlanılıblar.
Casusluqda ittiham olunan cütlüyün hər birinə 10 il həbs cəzası verilib.