İqtisadiyyat

Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI

21 May 2026, 10:56 17 baxış
Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI
Qlobal bazarda neftin qiymətlərində dalğalanmalar müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Bakı vaxtı ilə saat 09:17-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.55 dollar (0.52%) artaraq bir barel üçün 105.57 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neftin qiyməti 6.26 dollar (5.63%) azalaraq bir barel üçün 105.02 dollara düşmüşdü. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.63 dollar (0.64%) artaraq bir barel üçün 98.89 dollara çatıb. Əvvəlki sessiyada WTI markalı xam neft 5.89 dollar (5.66%) ucuzlaşaraq bir barel üçün 104.15 dollar olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər