Cəmiyyət

Zərifə Məmmədova: "Şagird kimi köçkün düşdüyüm doğma yurduma müəllim kimi qayıdıram"

21 May 2026, 07:07 8 baxış
Zərifə Məmmədova: "Şagird kimi köçkün düşdüyüm doğma yurduma müəllim kimi qayıdıram"
"Bir vaxtlar şagird kimi köçkün düşdüyüm kəndimə indi müəllimə kimi qayıdıram". Oxu.Az-ın məlumatına görə, bunu Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Zərifə Məmmədova deyib. O bildirib ki, öz doğma kəndində fəaliyyətini davam etdirəcək: "Çox sevincliyəm, öz kəndimdə fəaliyyətimi davam etdirəcəyəm, şagirdlərimə təhsil verəcəyəm. Özüm ingilis dili müəllimiyəm. Allah cənab Prezidentimizi, xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin".
Mənbə oxu.az

Oxşar Xəbərlər