Cəmiyyət

Keçmiş məcburi köçkün: "33 ilin həsrəti bu gün başa çatdı, yurdumuza qovuşuruq"

21 May 2026, 06:53 10 baxış
Keçmiş məcburi köçkün: "33 ilin həsrəti bu gün başa çatdı, yurdumuza qovuşuruq"
"O vaxt Cəbrayıl rayonundan Xırdalana gəlmişdik, sonradan Ramanada bizə ev verdilər. Yoldaşımla məcburi köçkün düşmüşdük, amma indi övladlarım və nəvələrimlə birlikdə geri qayıdıram". Oxu.Az-ın məlumatına görə, bunu növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Pəkuzər Sadıqova deyib. O bildirib ki, 33 ildir həsrətində olduğu kəndinə qayıdır: "Sevincimin həddi-hüdudu yoxdur. Şükür ki, bu günü gördük. Prezidentimizə təşəkkür edirəm ki, bizə bu sevinci yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah ordumuzu qorusun!"
Mənbə oxu.az

Oxşar Xəbərlər