Digər
Leonardo Di Kaprio ofisianta 50 min avro bəxşiş verdi
Hollivud aktyoru Leonardo Di Kaprio Fransanın cənubuna səyahəti zamanı ofisianta 50 min avro bəxşiş verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə televiziya aparıcısı Benjamin Kastaldi açıqlayıb.
O, olayın şəxsən şahidi olduğunu və Di Kaprionun bu hərəkətinin restoranın bütün işçilərini şoka saldığını bildirib.
Məlumata görə, sənətçinin səxavəti qarşısında ofisiant göz yaşlarını saxlaya bilməyib.
"Masada 15 nəfər var idi. Di Kaprio heç bir bank adı və ya şəxsi məlumatı olmayan, təmiz ağ bank kartı ilə ödəniş edib" - məlumatda bildirilir.
Mənbə
axar.az