Digər

"Arka Sokaklar" serialı 20 il sonra bitir

21 May 2026, 01:43 1 baxış
"Arka Sokaklar" serialı 20 il sonra bitir

20 ildir “Kanal D”də yayımlanan “Arka sokaklar” teleserialı ekranlara vida edir.


Kult.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.


Məlumata görə, “D Media” şirkətinin istehsalı olan və kanalın ən uzunömürlü layihələrindən sayılan “Arka Sokaklar” serialının dayandırılmasına qərar verilib.


Bu gün qəbul edilən qərarın aktyor heyətinə də bildirildiyi qeyd olunub.


Beləliklə, serialın planlaşdırılan 21-ci mövsümü ləğv edilib.


Qeyd edək ki, “Arka Sokaklar” 2006-cı ildən ekranlardadır.

Mənbə axar.az

Oxşar Xəbərlər