Digər

Sançesdən İsrailə sərt reaksiya: Buna dözməyəcəyik!

21 May 2026, 01:55 1 baxış
Sançesdən İsrailə sərt reaksiya: Buna dözməyəcəyik!

Vətəndaşlarımıza qarşı heç kimin pis rəftar etməsinə dözməyəcəyik. Sentyabr ayında İsrail hökumətinin bu üzvünün ölkəmizə girişinə qadağa qoyduğumu elan etmişdim.


Axar.az xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin yaydığı görüntüləri şərh edərkən bildirib.


"İndi Brüsseldə bu sanksiyaların təcili olaraq ümumavropa səviyyəsinə qaldırılması üçün səy göstərəcəyik”, - Sançes vurğulayıb.


Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya humanitar yardım apardığı üçün saxlanılan Sumud donanmasının fəallarının təhqir edilməsini əks etdirən görüntüləri yayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər