Cəmiyyət

Masazırda məktəbdə fizika müəlliminin maraqlı tədris üsulu gündəm oldu - VİDEO

20 May 2026, 22:24 2 baxış
Masazırda məktəbdə fizika müəlliminin maraqlı tədris üsulu gündəm oldu - VİDEO
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin fizika müəllimi Aytac Sadıqovanın dərsləri digərlərindən fərqlənir. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. O, şagirdləri dinləyici olmaqdan çıxarıb, dərsin birbaşa iştirakçısına çevirir.
Aytac müəllimə dərslərdə layihə və təcrübə əsaslı öyrənməyə üstünlük verir ki, şagirdlər öyrəndiklərini toxunaraq, sınaqdan keçirərək mənimsəsinlər. "Bu zaman məlumatlar yaddaşda daha uzun müddət qalır və öyrənmə prosesi həm əyləncəli, həm də sevgi ilə olur. Əvvəllər informasiya axını məhdud idi və müəllim əsasən izah vasitəsi rolunu oynayırdı. Lakin indi şagirdlər süni intellekt və rəqəmsal platformalar vasitəsilə istədikləri məlumatı istənilən anda əldə edə bildikləri üçün sadəcə izah və mühazirə tipli dərslər onları maraqlandırmır və yorur. Ona görə də dərsləri şagirdyönümlü keçirəndə və onların maraqlarını ön plana çəkəndə daha yaxşı nəticələr əldə edirik", - deyə Aytac Sadıqova qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər