Cəmiyyət

Sabah bu üç rayonda qaz olmayacaq

20 May 2026, 19:36 5 baxış
Sabah bu üç rayonda qaz olmayacaq

Sabah Azərbaycanın üç rayonunda qaz olmayacaq.


Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz"dan məlumat verilib.


Qeyd olunub ki, sabah saat 09:30-dan etibarən Tovuz rayonunun Dönük Qırıqlı kəndində,10:00-dan etibarən Qəbələ rayonu Bum qəsəbəsi, Həmzəlli, Qəmərvan kəndlərində, saat 11:00-dan sonra isə Zaqatala rayonu Muxax kəndinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər