Digər

İsrail Knessetin buraxılmasını ilkin olaraq təsdiqlədi

20 May 2026, 15:32 7 baxış
İsrail Knessetin buraxılmasını ilkin olaraq təsdiqlədi

İsrail koalisiyası parlamenti (Knesset) buraxmağa başlamaq üçün səs verib.


Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.


“Qanun layihəsi ilkin oxunuşdan keçib və indi komitəyə göndərilir. Bundan sonra isə erkən seçkilərin keçirilməsi üçün daha üç oxunuş tələb olunacaq.


Hazırda 27 oktyabra təyin olunmuş seçkilər sentyabr və ya oktyabrın ortalarına çəkilə bilər”, - məlumatda bildirilib.


Qeyd olunur ki, bu təsdiq faktiki olaraq İsraildə erkən parlament seçkilərinə aparan prosesin başlanğıcıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər