Digər

Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu - Video

20 May 2026, 12:18 8 baxış
Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu - Video

İtaliyanın Baş naziri Corciya Meloni hindistanlı həmkarı ilə birlikdə maraqlı paylaşım edib.


Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, sosial şəbəkə hesabında Hindistanın Baş naziri Narendra Modinin hədiyyəsini izləyiciləri ilə bölüşüb.


“Cənab Modi mənə çox yaxşı konfet hədiyyə edib. Adı “Melody”dir”, – deyə Meloni gülərək deyib.


Digər tərəfdən, Hindistanın Baş naziri İtaliyaya səfəri ilə bağlı qısa fikirlərini öz sosial media hesabında bölüşüb:


“Romaya eniş etdikdən sonra Baş nazir Meloni ilə nahar etmək, ardınca isə məşhur Kolizeyi ziyarət etmək imkanım oldu. Geniş mövzular üzrə fikir mübadiləsi apardıq. Bu gün Hindistan-İtaliya dostluğunu gücləndirmək barədə söhbətimizi səbirsizliklə gözləyirəm”.

Mənbə axar.az

Oxşar Xəbərlər