Digər
Malatyada məktəblər bağlandı - Video
Malatyada baş verən güclü zəlzələdən sonra bölgədə məktəblər bir günlük bağlanıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Malatya valisi Seddar Yavuz sosial şəbəkə hesabında məlumat yayıb.
"Battalgazi rayonunda baş verən 5,6 bal gücündə zəlzələ səbəbindən şagirdlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini nəzərə alaraq vilayətimizdə təhsil bir günlük dayandırılıb. Bütün müvafiq qurumlar lazımi araşdırma və nəzarət tədbirlərini davam etdirir", - deyə vali bildirib.
Mənbə
axar.az