Şou biznes

"Ruki vverx!" qrupundan 14 illik fasilədən sonra yeni albom

20 May 2026, 06:46 1 baxış
"Ruki vverx!" qrupundan 14 illik fasilədən sonra yeni albom
Rusiyanın əfsanəvi "Ruki vverx!" pop qrupu son 14 ildə ilk dəfə yeni albom buraxacaq. Maraqlıdır ki, albom təkcə rəqəmsal platformalarda deyil, həm də nostalji pərəstişkarlar üçün audio kassetlərdə satışa çıxarılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Ura.ru" portalına müsahibəsində kollektivin lideri və solisti Sergey Jukov məlumat verib. S.Jukovun sözlərinə görə, alboma heç bir remiks və ya duet daxil edilmədən, qrupun özünəməxsus üslubunda ifa olunmuş 15 tamamilə yeni mahnı daxil olacaq. Qrupun lideri yeni albomun işıq üzü görməsinin fərqli bir strategiya ilə - tədricən baş tutacağını əlavə edib: "Mayın 22-dən etibarən hər cümə günü kollektiv bütün yay boyu - "Lujniki" stadionundakı böyük solo konsertimizə qədər hər həftə bir yeni mahnı təqdim edəcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər