Digər
Hind okeanında İranla əlaqəli tankeri ələ keçirildi
ABŞ mayın 19-na keçən gecə Hind okeanında İran neftini daşıdığı ehtimal edilən "Skywave" tankerini saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" məlumat verib.
Bildirilib ki, tanker mart ayından etibarən ABŞ sanksiyaları altındadır. İzləmə məlumatlarına əsasən, gəmi Malakka boğazından keçərək Malayziyanın qərb istiqamətinə doğru hərəkət edib.
Brokerlər və "Lloyd's List Intelligence" məlumatları göstərir ki, tanker fevral ayında İranın Hark adasında bir milyon bareldən çox neft yükləmiş ola bilər.
Mənbə
axar.az