Digər

Livanda israilli mayor öldü

19 May 2026, 23:34 11 baxış
Livanda israilli mayor öldü

İsrail ordusu Livanın cənubundakı döyüş zonasında daha bir itki verib.


Axar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın məlumatında deyilir.


Bildirilib ki, 551-ci xüsusi təyinatlılar briqadasının alaylarından birində tağım komandirinin müavini vəzifəsində çalışmış 27 yaşlı mayor İtamar Sapir ölüb.


Onun ölümünün səbəbi açıqlanmır.


Bildirilir ki, İsrail və Hizbullah arasında atəşkəs rejiminin qüvvəyə minməsindən bəri Livanın cənubunda İsrailin 8 hərbçisi ölüb.

Mənbə axar.az

Oxşar Xəbərlər