Digər

İranlı rejissora yenidən cinayət işi açıldı

19 May 2026, 18:06 11 baxış
İranlı rejissora yenidən cinayət işi açıldı

“Oskar” mükafatına namizəd olmuş iranlı rejissor Cəfər Pənahi İranda yenidən hakim qarşısına çıxacaq.


Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.


Rejissor “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunur. İran məhkəməsi daha öncə onun barəsində 1 il həbs və 2 il kino fəaliyyəti qadağası hökmünə yenidən baxılmasını qərara alıb. İşin hansı əsaslarla yenidən araşdırılacağı açıqlanmayıb. Dinləmənin mayın 20-də keçiriləcəyi bildirilir.


Qeyd edək ki, 2022–2023-cü illərdə dəTehranda 86 gün həbsdə saxlanılan Pənahi əvvəlki hökm çıxarılan vaxt ölkə xaricində olub və Kann Film Festivalında “Qızıl Palma budağı” mükafatı qazanan, habelə, “Oskar”a namizəd göstərilən “Sadə bir təsadüf” filmini təqdim edib. Daha sonra o, İrana qayıdıb.

Mənbə axar.az

Oxşar Xəbərlər