İqtisadiyyat
İlin ilk dörd ayında Gürcüstandan Azərbaycana nə qədər avtomobil idxal edilib?
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 50.2 milyon ABŞ dolları dəyərində 1 458 ədəd minik avtomobili idxal edib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur. Ötən ilin eyni dövrünə nisbətdə avtomobil tədarükü dəyər baxımından 37.18%, miqdar baxımından isə iki dəfəyə yaxın azalıb. Hesabat dövründə Gürcüstandan ümumilikdə 537.3 milyon ABŞ dolları dəyərində 20 994 ədəd minik avtomobili ixraca yönəldilib ki, bunun da 6.94%-i Azərbaycanın payına düşüb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər