Digər

Estoniyada Rusiyaya doğru uçan dron vuruldu

19 May 2026, 15:40 11 baxış
Estoniyada Rusiyaya doğru uçan dron vuruldu

Estoniyada ilk dəfə olaraq Rusiya istiqamətinə uçan Ukrayna PUA-sı vurulub.


Axar.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.


Onun sözlərinə görə, Tartu bölgəsində hava həyəcanı elan edildikdən sonra pilotsuz uçuş aparatı Vırtsiyarv gölü üzərində Rumıniya F-16 qırıcıları tərəfindən vurulub.


Nazir məsələ ilə bağlı Ukrayna Müdafiə Nazirliyinin üzr istədiyini qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər