İqtisadiyyat
İki il ərzində 4000 meqavatlıq yeni istilik enerjisi gücünün formalaşdırılması planlaşdırılır
"2030-cu ilə qədər enerji çatışmazlığı ilə üzləşə bilərik". Oxu.Az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin İdarə Heyətinin sədr müavini Rüstəm Qasımov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Enerji sistemlərinin rəqəmsal arxitekturası" adlı tədbirdə deyib. O bildirib ki, bu, ciddi addımlar atılmasını tələb edir: "Süni intellektin geniş inkişafı üçün böyük həcmdə, eləcə də etibarlı və dayanıqlı enerji lazımdır. Əgər hazırkı vəziyyətdə qalsaq, bütün tələbatı qarşılamaq baxımından 2030-cu ilə qədər enerji defisiti gözlənilə bilər. Buna görə də enerji istehsalını artırmağı planlaşdırırıq. Hazırda 525 meqavat gücündə elektrik stansiyasının inkişaf etdirilməsi nəzərdə tutulur. Biz 2028-30-cu illər ərzində əlavə enerji istehsal gücü yaratmağı və perspektivdə təxminən 4 000 meqavatlıq yeni istilik enerjisi gücü formalaşdırmağı planlaşdırırıq. Bildiyiniz kimi, enerji layihələrinin inkişafı vaxt tələb edir, buna görə də qabaqlayıcı addımlar atmalıyıq".
Mənbə
oxu.az
Oxşar Xəbərlər