Cəmiyyət
Şuşa şəhərinə növbəti köç nə zaman olacaq?
"Şuşa şəhərinə növbəti köçün 2027-ci ildə olması planlaşdırılır". Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda Şuşada 1 411 nəfər keçmiş məcburi köçkün məskunlaşıb: "Cari ildə şəhərə köç olmayacaq. Çünki binalarda tikinti işləri davam edir. Növbəti köç gələn ilə planlaşdırılır. Bu il Şuşanın iki kəndinə - Böyük və Kiçik Qaladərəsinə xeyli sayda ailənin köçürülməsi nəzərdə tutulur. Bu yaxınlarda hazırlıq işlərinə başlayacağıq". Həmçinin 2027-ci ildə Şuşa şəhərinin Turşsu qələbəsinə köç planlaşdırılır. Aydın Kərimov bildirib ki, bu qəsəbə sıfırdan tikiləcək: "Tikinti işləri yekunlaşdıqdan sonra gələn il bu qəsəbəyə köç təşkil etməyi planlaşdırırıq".
Mənbə
oxu.az