Cəmiyyət

Xankəndiyə qatarla nə vaxt getmək mümkün olacaq?

19 May 2026, 11:10 3 baxış
Xankəndiyə qatarla nə vaxt getmək mümkün olacaq?

Xankəndidə dəmiryol vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.


Axar.az xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.


O bildirib ki, Xankəndi dəmir yolunun inşasına başlanılıb:


"Artıq layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 50 faizi həyata keçirilib. Gələn il üçün tikinti işlərinin yekunlaşdırılması və istifadəyə verilməsi planlaşdırılır".

Mənbə axar.az

Oxşar Xəbərlər