Cəmiyyət

Xankəndi, Ağdərə və Xocalı inzibati ərazisində minadan təmizlənən ərazilərin sahəsi AÇIQLANDI - FOTO

19 May 2026, 10:40 4 baxış
Xankəndi, Ağdərə və Xocalı inzibati ərazisində minadan təmizlənən ərazilərin sahəsi AÇIQLANDI - FOTO
Xankəndi, Ağdərə və Xocalı inzibati ərazisində minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı məlumat verib.
O bildirib ki, Xankəndidə 1 456 ha, Ağdərədə 10 359 ha, Xocalıda 9 874 ha ərazi minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib: "Görülən işlər zamanı Xankəndidə 23 746 ədəd, Ağdərədə 5 159 ədəd, Xocalıda 46 752 ədəd sursat aşkarlanıb".
Xankəndi, Ağdərə və Xocalı inzibati ərazisində minadan təmizlənən ərazilərin sahəsi AÇIQLANDI - FOTO Xankəndi, Ağdərə və Xocalı inzibati ərazisində minadan təmizlənən ərazilərin sahəsi AÇIQLANDI - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər