Cəmiyyət

Bakı-Naxçıvan-Bakı uçuşları bərpa edildi

19 May 2026, 10:06 3 baxış
Bakı-Naxçıvan-Bakı uçuşları bərpa edildi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.


Bu barədə Axar.az-a AZAL-dan məlumat verilib.


Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.


Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.

Mənbə axar.az

Oxşar Xəbərlər