Cəmiyyət
WUF13-ün üçüncü gününə start verilir
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) üçüncü gününə start verilir. Oxu.Az xəbər verir ki, bu gün müxtəlif mövzularda müzakirələr aparılacaq, problemlərlə bağlı həll yolları təklif ediləcək. Gün ərzində ümumilikdə 160-dan çox tədbirin keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, dünən WUF13-ün rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.
Mənbə
oxu.az