İqtisadiyyat

Qızıl bazarında UCUZLAŞMA - VİDEO

19 May 2026, 05:00 3 baxış
Qızıl bazarında UCUZLAŞMA - VİDEO
Ötən aylarla müqayisədə qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Qızılın bir qramı təxminən 60 manat ucuzlaşıb. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, qızıl satışı ilə məşğul olanlar deyirlər ki, hazırda ən çox tələbat Türkiyə istehsalı olan məhsullaradır. Sözgedən qızılların bir qramı 175 manata satılır.
Qızılın alış qiymətində də ucuzlaşma müşahidə olunur. Bir müddət əvvəl qramı 170 manata alınan qızıl hazırda 130 manata təklif edilir. Gümüşün qiymətində də enmə var. Mütəxəssislərin sözlərinə görə, son günlər qiymətli metalların qiymətində müşahidə olunan azalmanın bir neçə səbəbi var. Bunlardan əsasları enerji qiymətlərinin artması, neftin bahalaşması, bu fonda inflyasiyanın davam etməsi, eləcə də dollara marağın yüksəlməsidir. Ekspert Rəşad Həsənovun fikrincə, növbəti dövrlər üçün qiymətli metallar bazarında sabit qiymət proqnozu vermək doğru deyil. Bu istiqamətdə dəqiq çərçivənin olmaması gözləntilərin müəyyənləşdirilməsi və idarə olunması baxımından çətinlik yaradır. Bu isə hələlik qiymətli metallar, o cümlədən qızıl və gümüş bazarında qiymət dinamikasının dəyişəcəyi ilə bağlı gözləntiləri artırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər