İqtisadiyyat
Maka Boçorişvili: "Orta Dəhlizdə Azərbaycanla münasibətlər xüsusi önəm qazanır"
"Azərbaycan bizim üçün mühüm strateji tərəfdaşdır. Xüsusilə regionumuzun Orta Dəhliz kimi inkişaf perspektivlərindən danışarkən, məhz Azərbaycanla münasibətlər xüsusi önəm qazanır. Bu kontekstdə bu gün həqiqətən də mühüm sazişlər imzalandı". Oxu.Az 1tv.ge-yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan edib. Nazirin sözlərinə görə, Gürcüstan üçün öz tranzit potensialından tam şəkildə istifadə etmək vacibdir.
Mənbə
oxu.az