İqtisadiyyat

Azərbaycan və Türkiyə binaların enerji səmərəliliyinə dair MÜHÜM SAZİŞ imzaladılar - FOTO

18 May 2026, 16:52 2 baxış
Azərbaycan və Türkiyə binaların enerji səmərəliliyinə dair MÜHÜM SAZİŞ imzaladılar - FOTO
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri və COP31-in prezidenti Murat Kurum arasında görüş keçirilib. Görüşdə COP29-un prezidenti Muxtar Babayev də iştirak edib. Oxu.Az xəbər verir ki, müzakirələr zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərin hər iki ölkə liderlərinin qardaşlığı və güclü siyasi iradəsi sayəsində bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər iki ölkə arasında neft-qaz və enerji qarşılıqlı əlaqələri sahələrində uzunmüddətli strateji tərəfdaşlığın hazırda enerji səmərəliliyi sahəsinə də genişlənməsindən məmnunluqlarını bildiriblər. Qeyd edilib ki, Azərbaycan-Türkiyə Enerji Forumunun əsas sütunlarından biri olan enerji səmərəliliyi sahəsində fəal əməkdaşlıq həyata keçirilir və Türkiyənin təcrübəsi xüsusilə dəyərlidir. Görüşdə Enerji Səmərəliliyi Fondunun fəaliyyəti də daxil olmaqla, Azərbaycanın enerji səmərəliliyi sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Həmçinin vurğulanıb ki, Azərbaycan COP təcrübəsini qardaş Türkiyə ilə bölüşməyə hazırdır. Görüşdən sonra Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında Binaların Enerji Səmərəliliyi üzrə Texniki Əməkdaşlıq haqqında Anlaşma Memorandumu rəsmiləşib. Sənədi Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum imzalayıblar. Sənəd binaların enerji səmərəliliyi ilə bağlı qanunvericilik, Binaların Enerji Səmərəliliyinin Tətbiqi üçün hesablama metodologiyaları, tikinti zamanı Enerji Səmərəliliyi Sertifikatı prosesinin mərhələləri, bu sahədə təlim proqramlarının təşkili, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində təcrübə mübadiləsi və birgə görüşlərin, konfransların, pilot təlimlərin, tədqiqat proqramlarının və səfərlərin təşkili kimi sahələrdə əməkdaşlığı əhatə edir. Razılaşmada həmçinin hər iki tərəfin müvafiq dövlət qurumlarının və təşkilatlarının nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.
{{gallery}}
Azərbaycan və Türkiyə binaların enerji səmərəliliyinə dair MÜHÜM SAZİŞ imzaladılar - FOTO Azərbaycan və Türkiyə binaların enerji səmərəliliyinə dair MÜHÜM SAZİŞ imzaladılar - FOTO Azərbaycan və Türkiyə binaların enerji səmərəliliyinə dair MÜHÜM SAZİŞ imzaladılar - FOTO Azərbaycan və Türkiyə binaların enerji səmərəliliyinə dair MÜHÜM SAZİŞ imzaladılar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər