Şou biznes
"İblis Prada geyinir-2" filmi 500 milyon dollardan çox gəlir əldə edib
Meril Strip və Enn Heteueyin rol aldığı "İblis Prada geyinir-2" filminin gəlirləri üçüncü həftənin yekununda ABŞ-də 175.9 milyon dollara çatıb. Oxu.Az "Çempionat"a istinadən xəbər verir ki, ekran əsəri hazırda prokat liderləri arasında ikinci pillədə qərarlaşıb. Film yalnız "Maykl" bioqrafik filmindən geri qalır. 2006-cı ildə çəkilmiş kult filmin davamı dünya üzrə ümumilikdə 546 milyon dollar gəlir əldə edib. Film ikinci həftənin sonunda çəkilən xərcləri tam ödəyib və hazırda yaradıcılarına mənfəət qazandırır. Analitiklərin proqnozuna görə, "İblis Prada geyinir-2" ümumilikdə 750 milyon dollar gəlir toplaya bilər. Bu nəticə "20th Century Fox" şirkəti üçün böyük uğur sayılacaq. Film mayın 1-dən dünya prokatına buraxılıb. Süjet "Podium" jurnalının bağlanmasının qarşısını almağa çalışan Miranda Pristlinin ətrafında qurulub. Bunun üçün o, keçmiş assistenti Emilinin dəstəyinə müraciət edir. Filmdə baş rolları Meril Strip, Enn Heteuey, Emili Blant və Stenli Tuççi canlandırıblar.
Mənbə
oxu.az