Cəmiyyət

Bakıda yeni beynəlxalq mükafat təsis olunur: WUF13-dən mühüm addım - FOTO

17 May 2026, 09:30 1 baxış
Bakıda yeni beynəlxalq mükafat təsis olunur: WUF13-dən mühüm addım - FOTO
"Biz Bakıda WUF13 çərçivəsində yeni bir mükafat təsis edəcəyik". Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.
O bildirib ki, bundan sonra Bakı adına bağlı keçiriləcək hər Dünya Şəhərsalma Forumunda həmin mükafatın təqdimetmə mərasimi təşkil olunacaq: "Bu dəfə nazirlərin iclası da ilk dəfə olaraq fərqli formatda keçiriləcək. Bunun üçün bir neçə nümayəndə ayrılıb. Bir sıra başqa yeniliklər də var. Buna görə də gözləntilər böyükdür. Bakı bu gün qonaqları və ən aktual mövzular ətrafında müzakirələr aparmaq üçün bura gələn insanları qarşılayır, məhsuldar iş üçün şərait və platforma yaradır. Məncə, əsas məsələ də budur. Eyni zamanda, bura gələn qonaqlar Bakı və ümumilikdə Azərbaycanda görülən işlərlə də yaxından tanış olacaqlar".
Bakıda yeni beynəlxalq mükafat təsis olunur: WUF13-dən mühüm addım - FOTO Bakıda yeni beynəlxalq mükafat təsis olunur: WUF13-dən mühüm addım - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər