İdman

"Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb

16 May 2026, 18:16 1 baxış
"Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb
Londonun "Çelsi" klubunun rəhbərliyi "Real Madrid"in ispaniyalı keçmiş futbolçusu və məşqçisi Xabi Alonso ilə görüşüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib. Təyinatla bağlı yekun qərarın yaxın zamanda veriləcəyi gözlənilir. Məlumata görə, klub yeni baş məşqçi axtarışı istiqamətində fəal şəkildə çalışır və mütəxəssisin adını Dünya Çempionatı başlamazdan əvvəl açıqlamağı planlaşdırır. Alonsodan əlavə, potensial məşqçilər siyahısında həmçinin "Bornmut"un məşqçisi Andoni İraola, Oliver Qlasner ("Kristal Pelas") və Marko Silva ("Fulhem") da var. Xatırladaq ki, X.Alonsonun məşqçi kimi son klubu "Real Madrid" olub. O, 2025-ci ilin iyunundan 2026-cı ilin 12 yanvarına qədər komandaya rəhbərlik edib. O bu postda fəaliyyəti ərzində 28 oyun keçirib və həmin vaxt ərzində "Kral klubu" 20 qələbə qazanıb, üç görüş heç-heçə başa çatıb, beşində isə məğlubiyyətlə üzləşib.
Mənbə oxu.az

Oxşar Xəbərlər