İdman

Makqreqor UFC-yə qayıdır: rəqibi də bəllidir

16 May 2026, 18:55 1 baxış
Makqreqor UFC-yə qayıdır: rəqibi də bəllidir

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Mütləq Döyüş Çempionatına (UFC) qayıdacaq.


Axar.az xəbər verir ki, məlumatı "Nyu York Post" nəşri yayıb.


Bildirilib ki, Makqreqor amerikalı idmançı Maks Holloue ilə döyüş keçirəcək.


Keçmiş çempionun qayıdışının iyulun 11-də Las-Veqasda keçiriləcək "UFC 329" turnirində baş tutması gözlənilir.


Məlumata görə, döyüş yarımyüngül çəkidə olacaq.


Xatırladaq ki, Makqreqor 2021-ci ilin yayından - amerikalı Dastin Poryeyə texniki nokautla məğlub olduğu vaxtdan bəri döyüşməyib. Həmin döyüşdə irlandiyalının ayağı sınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər