İdman

Levandovskidən AYRILIQ MESAJI: "Barselona" ilə vidalaşdı - VİDEO

16 May 2026, 17:08 1 baxış
Levandovskidən AYRILIQ MESAJI: "Barselona" ilə vidalaşdı - VİDEO
Hücumçu Robert Levandovski mövsümün sonunda "Barselona"dan gedəcəyini bəyan edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Levandovski öz "Instagram" hesabında yazıb. "Çətinliklər və gərgin işlə dolu dörd ildən sonra irəliyə addım atmaq vaxtı gəlib çatdı. Mən o hisslə gedirəm ki, öz missiyamı yerinə yetirmişəm: dörd mövsüm, üç çempionluq titulu. Bura gəldiyim ilk günlərdən bəri azarkeşlərdən aldığım sevgini heç vaxt unutmayacağam. Kataloniya mənim evimdir. Bu dörd gözəl ildə rast gəldiyim hər kəsə təşəkkür edirəm. Karyeramın ən inanılmaz fəslini yaşamaq imkanı verdiyi üçün prezident Laportaya xüsusi təşəkkür edirəm. "Barselona" yenidən özünəməxsus yerinə qayıtdı", - deyə Robert Levandovski qeyd edib.
Qeyd edək ki, R.Levandovski 2022-ci ilin yayında "Barselona"ya keçib. Bu müddət ərzində 37 yaşlı hücumçu bütün turnirlərdə 191 oyunda meydana çıxıb, 119 qol vurub və 24 məhsuldar ötürmə etməyi bacarıb. Kataloniya klubunda polşalı üç dəfə İspaniya çempionu olub, eyni sayda İspaniya Super Kubokunu və bir dəfə İspaniya Kubokunu qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər