Levandovski “Barselona” ilə belə vidalaşdı - Video
Hücumçu Robert Levandovski mövsümün sonunda "Barselona"dan gedəcəyini bəyan edib.
Axar.az xəbər verir ki, bu barədə Levandovski İnstaqram hesabında yazıb.
"Çətinliklər və gərgin işlə dolu 4 ildən sonra irəliyə addım atmaq vaxtı gəlib çatdı. Mən o hisslə gedirəm ki, öz missiyamı yerinə yetirmişəm: dörd mövsüm, üç çempionluq titulu. Bura gəldiyim ilk günlərdən bəri azarkeşlərdən aldığım sevgini heç vaxt unutmayacağam. Kataloniya mənim evimdir. Bu dörd gözəl ildə rast gəldiyim hər kəsə təşəkkür edirəm. Karyeramın ən inanılmaz fəslini yaşamaq imkanı verdiyi üçün prezident Laportaya xüsusi təşəkkür edirəm. "Barselona" yenidən özünəməxsus yerinə qayıtdı", - Levandovski qeyd edib.
Qeyd edək ki, R.Levandovski 2022-ci ilin yayında "Barselona"ya keçib. Bu müddət ərzində 37 yaşlı hücumçu bütün turnirlərdə 191 oyunda meydana çıxıb, 119 qol vurub və 24 məhsuldar ötürmə etməyi bacarıb. Kataloniya klubunda polşalı 3 dəfə İspaniya çempionu olub, eyni sayda İspaniya Super Kubokunu və bir dəfə İspaniya Kubokunu qazanıb.