İdman
Mourinyo "Real Madrid"lə müqaviləni razılaşdırdı
"Real Madrid" portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə əmək müqaviləsinin imzalanması üzrə razılığa gəlib. Oxu.Az-ın xəbərinə görə, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat verib. Jurnalistə məlum olduğu kimi, "Xüsusi"nin İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər nəzərdə tutulacaq. Mourinyonun "Benfika"dan erkən gedişi üçün isə madridlilər "qartallar"a yeddi milyon avro ödəyəcəklər. Xatırladaq ki, Mourinyo daha əvvəl, 2010-13-cü illərdə "Kral klubu"nda çalışıb. Onun rəhbərliyi altında Madrid komandası İspaniya çempionatını qazanıb, həmçinin ölkə kubokunun və superkubokunun qalibi olub.
Mənbə
oxu.az