Cəmiyyət

Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək - VİDEO

16 May 2026, 15:38 2 baxış
Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək - VİDEO
İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında "SİMA Pay" - üztanıma ödəniş sisteminin tətbiqi ilə sərnişindaşımada yeni mərhələ başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağında tətbiq olunan "SİMA Pay" mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq.
Rəqəmsallaşan dəmir yolları sərnişinlərin səfərlərini asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər