Cəmiyyət

Təhlükəsizlik tələblərini pozan maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - FOTO - VİDEO

16 May 2026, 12:08 3 baxış
Təhlükəsizlik tələblərini pozan maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - FOTO - VİDEO
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Qəbələ rayonu, Nic qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan bir ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz çəni üzərində quraşdırılmış qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin parça qolların və digər avadanlıqların dövri olaraq yoxlanılmadığı, həmçinin maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi müəyyən edilib. Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
{{gallery}}
Təhlükəsizlik tələblərini pozan maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - FOTO - VİDEO Təhlükəsizlik tələblərini pozan maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - FOTO - VİDEO Təhlükəsizlik tələblərini pozan maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər