Cəmiyyət

Sumqayıtda ağır qəza: ÖLƏN VAR

16 May 2026, 12:44 1 baxış
Sumqayıtda ağır qəza: ÖLƏN VAR
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 08:05-də şəhərin F.Həşimov küçəsində qeydə alınıb. "KIA Forte" markalı, 77-FY-228 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan 1994-cü il təvəllüdlü Fikrət Fikrət oğlu Yunis yolu keçmək istəyən piyada 1961-ci il təvəllüdlü Xəqani Müzəffər oğlu Məmmədovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər