İdman
Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Qarabağ" "İmişli"ni qəbul edəcək
Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki görüş keçiriləcək. Oxu.Az xəbər verir ki, "Turan Tovuz" səfərdə "Şamaxı"nın, "İmişli" isə "Qarabağ"ın qonağı olacaq. Şamaxı şəhər stadionunda baş tutacaq ilk görüşü Rəvan Həmzəzadə idarə edəcək, "Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda "İmişli"ni qəbul edəcək. Qeyd edək ki, "Qarabağ" 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, 33 xala malik "İmişli" doqquzuncudur. Tovuz təmsilçisi isə hazırda 59 xalla 3-cü pillədə yer alıb, 8-ci yerdə olan "Şamaxı"nın 35 xalı var. Hər iki oyun saat 17:00-da start götürəcək.
Mənbə
oxu.az