Maraqlı
Saç tökülməsinin gizli səbəbi
Yaş saçlar yüksək elastikliyinə görə qırılmağa daha meyillidir və zədələnməyə çox məruz qalır. Bu səbəbdən saçların ən azı 70%-i qurumadan onları daramaq məsləhət görülmür. Oxu.Az xəbər verir ki, bu barədə bioloq İrina Lyalina "Gazeta.ru" nəşrinə açıqlamasında bildirib. "Yaş halda saçların daranması tövsiyə edilmir, çünki bu, tellərin zədələnməsi ilə nəticələnə bilər. İslanan zaman saçın strukturu dəyişikliyə uğrayır: xarici təbəqə olan kutikula qalxır, saçın özü isə daha elastik və yumşaq olur. Belə vəziyyətdə saç asanlıqla dartılır və qırılır", - deyə mütəxəssis xəbərdarlıq edib. Onun sözlərinə görə, nəm saç mexaniki təsirlərə qarşı müqavimətini itirir və daraqla edilən sərt hərəkət onu asanlıqla qopara bilər. Ən yaxşı halda saçların daranmasına onların 70-80%-i quruduqdan sonra başlamaq lazımdır. Ekspert əlavə edib ki, çox qalın və ya qıvrım saçları olanlar yalnız seyrək dişli daraqdan və mütləq şəkildə kondisioner-spreydən istifadə etməlidirlər.
Mənbə
oxu.az