İdman
"Santos"un hücumçusu Neymar İtaliya vətəndaşlığı aldı
"Santos" klubunun hücumçusu Neymar İtaliya vətəndaşlığını əldə edib. Oxu.Az "Sport-express"ə istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira xəbər yayıb. Mənbə bildirir ki, vətəndaşlığın rəsmiləşdirilməsi proseduru cümə günü yekunlaşıb. 34 yaşlı futbolçuya bu prosesdə hüquqşünas Emiliano Nitti hüquqi dəstək göstərib. Qeyd edək ki, Neymar Braziliya millisinin tarixində 128 oyunda vurduğu 79 qolla ən yaxşı bombardirdir. Cari mövsüm ərzində o, 14 qarşılaşmada meydana çıxaraq 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ulduz oyunçu karyerası ərzində "Santos"dan başqa "Barselona", PSJ və "Əl-Hilal" kimi klubların da formasını geyinib.
Mənbə
oxu.az