İdman

"Şəfa" Azərbaycan Premyer Liqasına yüksəldi

15 May 2026, 19:57 2 baxış
"Şəfa" Azərbaycan Premyer Liqasına yüksəldi

"Şəfa" komandası Azərbaycan I Liqasında çempionluğu təmin edib.


Axar.az xəbər verir ki, Bakı təmsilçisi sona bir tur qalmış "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub etməklə ən yaxın izləyicisi "Səbail"lə xal fərqini 7-yə yüksəldib və Premyer Liqaya vəsiqəni təmin edib.


Hazırda "Şəfa"nın 57 xalı var.


"Səbail" isə "Şahdağ Qusar"la oyunda xal itirməklə xallarını 50-yə çatdırıb və şansını pley-offa saxlayıb. Hazırda bu mərhələ uğrunda "Mingəçevir" ilə "Baku Sportinq" kollektivləri də mübarizə aparır.

Mənbə axar.az

Oxşar Xəbərlər