Siyasət
Trampdan sonra Putin də Çinə gedir: Yeni rəqabətin başlanğıcı, yoxsa xilaskar axtarışı?
"Donald Trampın Çinə səfəri əvvəlcədən planlaşdırılmış və İranla müharibə səbəbindən təxirə salınmışdı. Nəhayət bu səfər baş tutdu. Bu məsələnin gündəlikdə olan əsas mövzularından biri Amerika Birləşmiş Ştatları və Çin arasındakı münasibətlərdəki problemlərlə bağlı idi". Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Natiq Miri ABŞ Prezidenti Donald Trampın Çinə səfəri və Rusiya Prezidenti Vladimir Putinin sözügedən ölkəyə planlaşdırılan səfərindən danışarkən deyib. Onun sözlərinə görə, Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra bir çox dövlətlərə, o cümlədən Çinə tətbiq etdiyi əlavə rüsumlar Pekini narahat edən məqamlar idi:
"Çin də buna qarşı bir çox məhsulların ixracına məhdudiyyət qoymaqla bərabər, həm də analoji addım atmışdı. Nəzərə alsaq ki, bu iki hegemon ölkə dünyada ən böyük iki ticarət tərəfdaşıdır, deməli, onların arasında baş verən ticari problemlər dünya siyasətinə də təsirsiz ötüşmür. Bu baxımdan, bu məsələni həll etməyə ehtiyac var. Ona görə də Tramp Çinə səfər etdi və bu istiqamətdə danışıqlar aparıldı. Eyni zamanda, ABŞ prezidenti özü ilə bərabər dünyada ən varlı və böyük şirkətlərin sahiblərini də Çin paytaxtına aparmışdı. Biznesmenlərin verdiyi açıqlamalardan da hiss olunurdu ki, danışıqlarda müəyyən müsbət irəliləyişlər əldə olunub. Hər bir halda, iki böyük dövlət qarşı-qarşıya gəlməkdənsə, dünya iqtisadiyyatını sabitləşdirəcək normal münasibətlərin qurulmasına üstünlük veriblər ki, bu da müsbət məqamdır". "Bununla yanaşı, müzakirə predmetlərindən biri də dünyanı narahat edən ABŞ və İran arasındakı münaqişə ilə bağlı olub. Burada hələlik əldə olunan nailiyyət ondan ibarətdir ki, Çin və ABŞ yalnız iki məsələdə ortaq məxrəcə gəliblər. Birinci məsələ Hörmüz boğazının açılması, o cümlədən boğazdan keçən gəmilərə görə vergi alınmaması tələbidir. Çünki İran zaman-zaman bəyan edir ki, Hörmüz boğazı onun xüsusi mülkiyyətidir və nə istəsə, onu da edə bilər. Bu da beynəlxalq hüquqa ziddir. Çünki BMT-nin naviqasiya azadlığı konvensiyasına görə, bütün dövlətlərin ticarət gəmiləri heç bir ödəniş etmədən bu boğazdan rahatlıqla keçə bilər. İran bu vəziyyəti dəyişmək, bunu dünyaya, o cümlədən ABŞ-yə qarşı təzyiq elementinə çevirmək istəyir. Çünki İranın əlində qalan yeganə təzyiq elementi də məhz Hörmüz boğazıdır. Digər bir məsələ isə Çinin tezliklə hərbi münaqişənin bitməsini istəməsi və İranın nüvə silahına malik ola bilməyəcəyini bəyan etməsidir. Həmçinin Donald Trampın Si Cinpinlə görüşdə müzakirə etdiyi məsələlərdən biri də Çinin İrana silah satışını azaltması və ya tamamilə dayandırması ilə bağlıdır. Trampın açıqlamasına görə, Si Çinpin bununla bağlı ona söz verib. Doğrudur, belə məsələlər sadəcə vədlərlə həyata keçirilmir deyə, görünür, Tayvan problemi ilə bağlı da hansısa anlaşma əldə edilib. Ən azından, Amerika Birləşmiş Ştatları Çinə bundan sonra Tayvana silah satılmayacağı ilə bağlı söz verə bilər", - deyə analitik vurğulayıb. Onun sözlərinə görə, digər məsələ Donald Trampın Çinin İran neftini almağı dayandırması ilə bağlı təklifdir: "Düzdür, ABŞ bu məsələyə qadağa qoya bilməz, amma hər bir halda Vaşinqton artıq bununla bağlı sanksiya tətbiq edib və bu qadağanı Trampın səfərindən əvvəl rəsmi Pekin qəbul etmədiyini bəyan etmişdi. Ancaq nəzərə almaq lazımdır ki, Çinin digər mənbələrdən, xüsusilə körfəz ölkələrindən, hətta ABŞ-dən də neft tədarükünü Vaşinqton təşkilə edə bilər ki, bu da nəticədə İrandan neft alışını azalda və ya dayandıra bilər. Bu da o deməkdir ki, belə iqtisadi boğma siyasəti kontekstində Tehranın bu müharibəni uzun müddət davam etdirmək imkanları tükənəcək. Çünki İran büdcəsinin böyük qismi neftdən gələn gəlirlərlə formalaşır. Bundan başqa, iqtisadi çökmə ərəfəsində olan, istehsal müəssisələri dağılan İran sosial ödənişləri verməlidir. Bu baxımdan, düşünürəm ki, yaxın zamanlarda bəlli olacaq ki, ABŞ və Çin arasında əldə olunan strateji anlaşmaların miqyası nə qədərdir. Ancaq hər bir halda, ticarət və investisiyaların qoyulması ilə bağlı razılaşmalar əldə edilib. O cümlədən, Trampın açıqlamasına görə, Si Cinpin ona 200 ədəd "Boeing" təyyarəsi almaqla bağlı vəd də verib". "Bu kontekstdə bir də Rusiya Prezidenti Vladimir Putinin də Çin səfəri gözlənilir. Düşünürəm ki, bu səfərin, xüsusilə də Trampın səfərindən sonra planlaşdırılması Rusiyanın ciddi şəkildə narahatlığı ilə əlaqəlidir. Çünki ABŞ Prezidenti Çin rəhbəri ilə Rusiya-Ukrayna müharibəsini də müzakirə edib. Üstəlik, Moskvanın neft və qazının böyük hissəsini məhz Çin alır. Rusiyanın enerji, yanacaq məhsullarına məhdudiyyətlər qoyulacağı təqdirdə, bu, Moskvanın, onsuz da, acınacaqlı büdcə gəlirlərini daha çökdürəcək. Bu da müharibənin uzadılmasına imkan yaratmır. Həmçinin Rusiya rəhbəri çinli həmkarından konkret açıqlamalar istəyəcək ki, ABŞ və Çin arasında hansı elan olunmayan məsələlər razılaşdırılıb. Bundan başqa, Tramp Çin səfərində dünyada iki qlobal gücdən danışdı və bu iki dövlətin ABŞ və Çin olduğunu bildirdi. Dolayısı ilə Rusiyanın artıq qlobal güc olma imkanlarının tükəndiyini Tramp bəyan etdi. Yəni Rusiyanı narahat edən çoxlu məqamlar var və ona görə də Putin Trampdan sonra Çin səfərini həyata keçirəcək. Rusiyanı narahat edən məqamlardan biri də İran üzərindən hansısa razılaşmaların olduğunu öyrənməkdir. Çünki Rusiya üçün maraqlıdır ki, ABŞ indiki vəziyyətdə uzunmüddətli İran bataqlığında qalsın və getdikcə daha da dərinlərə çöksün", - müsahibimiz fikrini yekunlaşdırıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər