Cəmiyyət
Kəlbəcərə qayıdan ailənin hekayəsi: "Hər qaranlıq gecənin bir işıqlı sabahı var" - VİDEO
Uzun illərin həsrətindən sonra doğma yurda qayıdan Dilarə Hüseynova və ailəsi Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşaraq yeni həyatlarına başlayıblar. Dilarə Hüseynova yenidən Kəlbəcərdə yaşamağın sevincini Baku TV ilə bölüşüb və keçmiş günləri xatırlayıb.
"Buradan bir "Moskviç"lə 16 nəfər çıxmışdıq. Şükür bugünkü günümüzə. Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Doğmalarım yanımdadır, hər şəraitimiz var. Başqa arzum yoxdur, ölsəm də, bu torpağa qismət olacağam", - deyə o, sözlərinə əlavə edib.

Mənbə
oxu.az