İdman

Azərbaycan millisinin Avropada oynayan futbolçusu: "Buradakı işim bitib"

15 May 2026, 18:12 1 baxış
Azərbaycan millisinin Avropada oynayan futbolçusu: "Buradakı işim bitib"
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov mövsümün sonunda Bolqarıstanın "Arda" klubundan ayrılmaq qərarına gəlib. Oxu.Az xəbər verir ki, müdafiəçi bunu "Report"a müsahibəsində bildirib. O, daha güclü liqalarda oynamağı hədəfləyib: "Hazırkı klubumdan yeni müqavilə təklifi almışam, lakin hələ razılıq əldə olunmayıb. Şəxsən özüm ayrılmaq istəyirəm. Hesab edirəm ki, buradakı işim bitib və artıq daha güclü liqalarda oynamağa hazıram. İnkişafımı davam etdirə biləcəyim bir ölkəyə yollanmaq niyyətindəyəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər