İdman
Rafael Fiziyev: "İkinci dəfə Bakıya gəlməkdən və burada döyüşməkdən çox məmnunam" - FOTO
"İkinci dəfə Bakıya gəlməkdən və burada döyüşməkdən çox məmnunam". Oxu.Az xəbər verir ki, bu barədə Milli Gimnastika Arenasında baş tutacaq "UFC Fight" gecəsində Manuel Torreslə qarşılaşacaq Rafael Fiziyev deyib. O bildirib ki, hazırda Tailanddadır və orada məşq edir: "Eyni komanda ilə məşq edirəm və komandamı dəyişmək istəmirəm. Hər döyüşçü nokautdan danışa bilər. Amma heç kim dəqiq deyə bilməz ki, bu hansı raundda ola bilər. Mən rəqibimi nokaut etmək üçün çalışacağam. UFC döyüşlərində gözlənilməz nəticələr ola bilər. Rəqibim ayaqları üstündə döyüşür, güləşmir və bu mənim üçün sərfəlidir". Qeyd edək ki, iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq tədbirin əsas döyüşündə yüngül çəkidə 9-cu pillədə qərarlaşan Rafael Fiziyev reytinqdə 14-cü olan Manuel Torreslə üz-üzə gələcək.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər