İdman
Rafael Fiziyev: "Döyüşçülər arasında olan "trash-talk" realdır"
"Döyüşçülər arasında olan "trash-talk" realdır". Oxu.Az xəbər verir ki, bu barədə Milli Gimnastika Arenasında baş tutacaq "UFC Fight Night" gecəsində Manuel Torreslə qarşılaşacaq Rafael Fiziyev deyib. O bildirib ki, Hamzat Çimayevlə Şon Striklend arasında keçirilən döyüşü izləyib: "Əlbəttə, döyüşü izlədim. Münsiflər heyəti Şonu qalib olaraq seçdilər. Burada doğru, yaxud səhv qərar yoxdur. Mənim fikrimcə, bu döyüşdə hansı tərəfin qalib olmasından asılı olmayaraq, digər tərəf narazı olacaqdı. Gördüyümüz "trash-talk" (təhqiramiz danışıq - red.) döyüşçülər arasında real olaraq baş verir. Çünki idmançılar arasında konfliktlər olur. Bu UFC tərəfindən yaradılan şou deyil, oyunçuların real hissləridir". Qeyd edək ki, iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq gecənin əsas döyüşündə yüngül çəkidə 9-cu pillədə qərarlaşan Rafael Fiziyev reytinqdə 14-cü olan Manuel Torreslə üz-üzə gələcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər